Dadaşov “Vulverhempton”un düşərgəsinə qoşuldu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunun düşərgəsinə qoşulub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “canavarlar”ın sosial media hesabında hücumçu ilə bağlı paylaşım edilib. O, yeni mövsüm üçün hazırlığa start verib.

Xatırladaq ki, 2019-cu ildə “Vulverhempton”lə müqavilə imzalayan Renat Dadaşov müxtəlif klublara icarəyə verilib. 23 yaşlı hücumçu son mövsümü Portuqaliya “Tondela”sında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button