Dadaşov “Vulverhempton”u məğlubiyyətdən xilas etdi
Futbol üzrə İngiltərə Premyer Liqa kubokunda növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Birmingem”in U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Komandasının ikinci qolunu da Renat vurub. Millimizin forvardı 75-ci dəqiqədə vurduğu qolla “Vulverhempton”u məğlubiyyətdən xilas edib və yekun nəticəni müəyyənləşdirib.
H qrupunda yer alan və keçirdiyi 4 oyuna 8 xal toplayan “Vulverhempton” birinci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin