Dadaşov üçün mövsüm erkən bitdi

Almaniyanın “Dinamo” klubunda çıxış edən Rüfət Dadaşov üçün mövsüm erkən bitib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü qalan matçlarda Berlin təmsilçisinə kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Məşqdə zədələnən Rüfətin 4-6 həftəyə sağalacağı və mövsümün son oyunlarında iştirak edəcəyi gözlənilirdi. Amma 32 yaşlı hücumçunun zədəsi daha ciddidir. O, yeni mövsüm öncəsi baş tutacaq təlim-məşq toplanışında komandaya qoşulacaq.

Rüfət Dadaşov bu mövsüm “Dinamo”nun heyətində meydana çıxdığı 28 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button