
Dadaşov üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Uerdingen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Münster klubu 6 turdan sonra 8 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin