Dadaşov Super Liqada həftənin rəmzi komandasında – FOTO
“Hatayspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında 8-ci turun rəmzi komandasına düşüb.
Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “SofaScore” nəşrinin versiyasına əsasən “11-liy”ə daxil edilib.
Həftənin rəmzi komandası
Qapıçı: Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Uroş Radakoviç (“Ankaragücü”), Jerom Opoku (“Başakşəhər”), Davinson Sançes (“Qalatasaray”);
Yarımmüdafiəçilər: Gökcan Kaya (“Pendikspor”), Salih Uçan, Raşid Gezzal (hər ikisi “Beşiktaş”), Qarri Rodriges (“Ankaragücü”);
Hücumçular: Renat Dadaşov (“Hatayspor”), Mauro İkardi (“Qalatasaray”), Edin Ceko (“Fənərbaxça”)
Renat Dadaşov “Konyaspor”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin