Dadaşov komandasına qələbə qazandırdı
Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Dadaşovun çıxış etdiyi komanda doğma meydanda “Oranj Kaunti” ilə qarşılaşıb. “Feniks Rizinq”in 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu Rüfət vurub. O, 90 dəqiqə meydanda olub.
Bununla da, Dadaşov vurduğu qolların sayını 11-ə çatdırıb. 29 xal toplayan “Feniks Rizinq” B qrupunun lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin