Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu
Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.
“Kasımpaşa” “Samsunspor”u, “Sivasspor” isə “Konyaspor”u minimal hesabla yenib.
Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası “Hatayspor” “Başakşəhər”i qəbul edib. Yenə uduzan hataylıların yeganə qolunu 64-cü dəqiqədə meydana buraxılmış yığmamızın hücumçusu vurub. O, 73-cü dəqiqədə fərqlənib.
Turun mərkəzi oyununda isə “Fənərbaxça” “Beşiktaş”la İstanbul derbisindən qalib ayrılıb.
Türkiyə Super Liqası
34-cü tur
26 aprel
Adana Dəmirspor – Qalatasaray 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.
27 aprel
Kasımpaşa – Samsunspor 1:0
Qol: A.Kara, 3.
Sivasspor – Konyaspor 1:0
Qol: Manay, 86.
Fənərbaxça – Beşiktaş 2:1
Qollar: Batşuayi, 30. İ.C.Kahveci, 69 – C.Tosun, 82.
Hatayspor – Başakşəhər 1:2
Qollar: Renat Dadaşov, 73 – K.Pyontek, 5. O.Kemen, 69.
28 aprel
17:00. Alanyaspor – İstanbulspor
17:00. Pendikspor – Kayserispor
20:00. Rizəspor – Ankaragücü
20:00. Trabzonspor – Qaziantep
29 aprel
21:00. Fatih Karagümrük – Antalyaspor
Bizi Facebook-da izləyin