Dadaşov: “Oyunumuz biabırçı oldu”

“Dinamo” (Berlin) klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov Şimal-Şərq Regional Liqasının 4-cü turunda “Hemi”yə məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az “Berliner Kurier”-ə istinadən xəbər verir ki, komandasının uğursuz çıxışı haqda danışan Azərbaycan millisinin sabiq hücumçusu bunun sadəcə dəhşətli olduğunu bildirib:

“Sadəcə dəhşətli idi. Oyunumuz biabırçı oldu. Bura 3-4 saat yol qət etdik və bir dəqiqə ərzində 0:1 hesabı ilə uduzurduq. Matçdan əvvəl baş məşqçi  standart vəziyyətlər zamanı diqqətli olmağı tapşırdı. Amma biz hamımız yatmışdıq”.

“Dinamo” 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button