Dadaşov oynadı, komandası uduzdu

ABŞ-ın USL çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Oranj Kaunti” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Rüfət də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.

“Finiks Rayzinq” hazırda B qrupunda 7 xalla beş komanda arasında üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button