Dadaşov oynadı, komandası “Eştoril”ə uduzdu

Futbol üzrə Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Eştoril”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

“Tondela” 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button