Dadaşov oynadı, komandası “Beşiktaş”a uduzdu
Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“Alanyaspor” evdə “Samsunspor”u üstələyibsə, “Kasımpaşa” – “Rizəspor” və “Pendikspor” – “Ankaragücü” matçlarında qalib müəyyənləşməyib.
“Beşiktaş” isə bu turda “Hatayspor”la səfər oyunundan qalib ayrılıb. Hatay təmsilçisinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 90 dəqiqə meydanda olub.
Beləliklə, 18 turdan sonra 44 xala malik “Fənərbaxça” liderdir. Eyni xala malik “Qalatasaray” ikinci, 30 xalı olan “Trabzonspor” üçüncüdür. “Kayserispor”la “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un 27 xalı var. “Hatayspor”un da 19 xalı var.
Türkiyə Super Liqası
18-ci tur
23 dekabr
Sivasspor – İstanbulspor 1:0
Qol: Manay, 86.
Fatih Karagümrük – Qaziantep 0:3
Qollar: Draquş, 27. Qradel, 49. A.Kızıldağ, 87.
Trabzonspor – Başakşəhər 1:1
Qollar: B.Mendi, 34 – Pelkas, 11.
24 dekabr
Konyaspor – Kayserispor 2:0
Qollar: Çikalleşi, 51-pen; 63-pen.
Adana Dəmirspor – Antalyaspor 2:1
Qollar: Akintola, 1. E.Akbaba, 45 – E.Yeşilyurt, 85.
Fənərbaxça – Qalatasaray 0:0
25 dekabr
Alanyaspor – Samsunspor 3:1
Qollar: Y.Özdəmir, 14. O.Aydın, 27. N.Yanviyer, 90+3 – M.Mondalimaci, 86.
Kasımpaşa – Rizəspor 2:2
Qollar: H.Hayradinoviç, 30. N.Da Kosta, 61 – A.Qaiç, 45+2; 73.
Hatayspor – Beşiktaş 1:2
Qollar: A.Hodziç, 80 – S.Kılıçsoy, 38. O.Kolli, 53.
Pendikspor – Ankaragücü 1:1
Qollar: A.Öztürk, 79 – E.Bekiroğlu, 18.
Bizi Facebook-da izləyin