Dadaşov oynadı, “Eştoril” qalib gəldi

Futbol üzrə Portuqaliya Sequndasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 37-ci dəqiqəsində meydana buraxılıb.

“Eştoril” 30 oyuna topladığı 51 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button