Dadaşov “Maritimo”ya qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Maritimo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Renat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək mübarizə aparıb.
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla 18 kollektiv arasında sonuncudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin