Dadaşov koronavirusa yoluxub
Azərbaycan millisinin və İsveçrə “Qrasshopper”inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, səfərdə “Sion”la 2:2 hesablı heç-heçə etdikləri 5-ci tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.
Bir həftəlik karantin müddətini başa vuran hücumçu komandaya qoşulub. Futbolçunun İsveçrə kubokunda bu gün “Vettsvil-Bonştetten”ə qarşı matçda meydana çıxacağı gözlənilir.
Dadaşov hazırda 3 qolla “Qrasshopper”in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin