Dadaşov komandasını məğlubiyyətdən xilas etdi
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Unterhaxinq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Dadaşov vurub. Millimizin forvardı 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə matçda son nöqtəni qoyub. Bu, onun cari mövsümdə vurduğu 4-cü qoldu.
Münster klubu 11 turdan sonra 10 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin