
“Dadaşov komandamızın oyun üslubuna uyğun gəlir” – Polşa klubunun rəsmisi
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşanın “Motor” klubuna keçdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, “Motor”un idman direktoru Pavel Qolanski klubun mətbuat xidmətinə açıqlamasında Dadaşovun transferi haqda danışıb. O, Azərbaycan millisinin üzvünün Lyublin klubu üçün uğurlu seçim olduğunu söyləyib:
“Dadaşov komandamızın oyun üslubuna uyğun gəlir. O, hava toplarında çox yaxşı mübarizə aparır və lazım gələndə müdafiəyə köməyə gəlir. Renatın Avropa klublarında təcrübəsi var. Son 6 ayı uğurlu şəkildə “Radomyak”ın heyətində keçirib və çempionata bələddir”.
26 yaşlı hücuçu “Motor”la 1 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin