Dadaşov üçün 6 ay – İngiltərəyə qayıtdı
Azərbaycan millisinin üzvü Renat Dadaşov müqavilə ilə məxsus olduğu “Vulverhempton” klubuna qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Dadaşov icarə əsasında forma geyindiyi “Pasuş de Ferreyra” klubundan ayrılıb. O, 6 aydır formasını geyindiyi Portuqaliya təmsilçisində gözlənilən performansı sərgiləyə bilmədiyi üçün icarə müddətinin bitməsinə 6 ay qalmış klubdan göndərilib.
Dadaşovun bir müddət “Vulvergempton”un düşərgəsində olacağı, daha sonra bu mövsümün sonunadək yenə başqa bir komandaya icarəyə veriləcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin