
Dadaşov: “Həmin anda nə düşündüyümü özüm də bilmirəm”
“Dinamo”nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniya kubokunun 1/32 finalında “Bohum”la oyunda (1:3) qırmızı vərəqə ilə cəzalandırılması haqda danışıb.
Komanda.az xəbər verir ki, “Bild”-ə danışan Azərbaycan millisinin keçmiş hücumçusu həmin epizodu belə izah edib:
“Həmin anda nə düşündüyümü özüm də bilmirəm. İkinci Bundesliqadan olan komandaya qarşı oynayanda bir az çirkin davranmalısan. Mübarizələrdə sərt olmalısan, bəlkə, daha da kobud oynamalısan”.
Dadaşov 102-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



