Dadaşov: “Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik”
Türkiyənin “Hatayspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Super Liqanın 9-cu turunda “Fənərbaxça”ya 2:4 hesabı ilə uduzduqları səfər matçı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə şəxsi “instaqram” hesabında paylaşım edib:
“Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü keçiriləcək növbəti matça köklənəcəyik”.
Sözügedən oyuna start heyətində başlayan Renat Dadaşov sonadək meydanda olub.
“Hatayspor” oktyabrın 27-də “Kayserispor”u qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin