Dadaşov ehtiyatda qaldı, komandası uduzdu

Futbol üzrə Almaniya 3-cü Liqasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Vyursburger Kikkers”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Rüfət bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Dadaşovun komandası 31 turdan sonra 41 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button