
Dadaşov darmadağına üzüldü
Almaniyanın “Proyssen” klubu növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Hollandiyanın “Qroningen” klubu ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyunda darmadağınla üzləşib – 0:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin