Dadaşov “Benfika”ya qarşı 61 dəqiqə oynadı

Futbol üzrə Portuqaliya Sequndasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Benfika”nın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, 29-cu dəqiqədə meydana buraxılıb.

“Eştoril” 27 oyuna topladığı 45 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button