Dadaşov Almaniyada dubla imza atdı

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vegberq Beek” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk iki qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 12 və 36-cı dəqiqələrdə fərqlənib.

“Şalke 2” bu nəticədən sonra 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button