
Dadaşov Almaniya klubu ilə yeni müqavilə imzalayıb
Almaniyanın “Dinamo” (Berlin) klubu azərbaycanlı hücumçu Rüfət Dadaşovla müqavilə müddətini artırıb.
Komanda.az xəbər verir ki, Berlin klubu 33 yaşlı hücumçu ilə daha 2 illik yeni müqavilə imzalayıb.
Dadaşov klubun yeni şərtlərlə müqavilə təklifinə müsbət cavab verib.
Azərbaycan millisinin sabiq futbolçusu bu mövsüm berlinlilərin heyətində 58 oyunda 28 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



