Dadaşov ağır zədə alıb – 6 ay futbolsuz qala bilər
Azərbaycan millisinin keçmiş futbolçusu Rüfət Dadaşov 6 ay futboldan kənarda qala bilər.
Komanda.az “berliner-kurier.de” saytına istinadən xəbər verir ki, Almaniyanın “Dinamo” (Berlin) klubunun formasını geyinən hücumçu məşqdə ciddi xəsarət alıb. Komanda yoldaşı ilə toqquşan 32 yaşlı hücumçunun dizi burxulub.
İlkin diaqnoza görə, dizində çat əmələ gələn azərbaycanlı futbolçu təxminən yarım il yaşıl meydanlardan kənarda qalacaq. Lakin yekun rəy MRT-dən sonra veriləcək.
Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” Almaniya Regional Liqasında mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin