Dadaşov 90 dəqiqə oynadı, komandası…
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Hanza Rostok”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Münster klubu 7 turdan sonra 8 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin