Dadaşov 2 klubun maraq dairəsindədir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov böyük ehtimalla, növbəti mövsümə yeni klubda başlayacaq.

Komanda.az “sport1.pl” portalına istinadən xəbər verir ki, Dadaşovun ötən mövsümün ikinci yarısını keçirdiyi “Radomyak” 26 yaşlı hücumçu ilə müqavilə müddətini artırmayıb.

Bununla belə, Renat Ekstraklasanın digər təmsilçisi “Motor”un (Lublin) diqqət mərkəzinə düşüb.

Onun “Hayduk”un (Split) da maraq dairəsində olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button