Dadaşov ən yaxşılar arasında


Almaniyanın “liga3-online” portalı 3-cü Bundesliqada mövsümün əvvəlinin və davamının ən yaxşı transferlərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da yer alıb.

2018-ci ilin yayından Regional Liqanın Şimal-Şərq zonasında çıxış edən Berlin “Dinamo”sundan “Proyssen”ə keçən Dadaşov, mövsümün ən yaxşı 7-ci transferi seçilib.

Cari mövsümdə 17 oyuna 7 qol vuran 28 yaşlı forvard, ötən mövsüm 26 qolla Regional Liqanın bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button