
Dadaşbəyli dünya kubokunda 3 gümüş medal qazanıb
Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kubokunda 3 gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin