Dabo açıqladı: “Neftçi”ni Kipr klubuna dəyişir

“Neftçi”nin futbolçusu Baqali Dabo paytaxt klubundan ayrılır.

Komanda.az xəbər verir ki, bu barədə Kiprin “kerkida.net” saytı məlumat yayıb.

Məlumatda, 31 yaşlı futbolçunun “Apollon”la anlaşdığı bildirilib. Sayta açıqlama verən Dabo, məlumatı təsdiqləyib:

“Apollon”la danışıqlar aparıram. Onlar yaxşı komandadır. Azərbaycanda futbolun davam edib-etməyəcəyini bilmək üçün gözləyirəm. Transferi yekunlaşdırmağa yaxınıq. “Apollon”un mənimlə maraqlanmasından qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button