“Dəyişikliklər mütləqdir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:0 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Qarşımızda ciddi mudafiə olunan kollektiv var idi. Hər birini təbrik edirəm, həm futbolçularımı, həm də həm də azarkeşkərimizi. “Səbail”ə uğurlar azu edirəm. Rəqib çox ciddi və yaxşı müdafiə olunurdu. Bu cür oyun qaydasını axıra qədər saxlamaq çətindir. İlk 65 dəqiqəni belə müdafiə olundularsa, bu o deməkdir ki, komandada oyun sistemi çox düzgündür, topla oynamağı bilirlər. Biz hazırlıqlı olmalıyıq. Dəyişikliklər mütləqdir və inşallah yaxşı təsir edər. Kadi öz komandasına qayıdıb. O, indi öz idman formasından uzaqdır. Mən istəyərəm ki, daha yaxşı Kadi görüm. Düşünürəm ki, o daha yaxşı formada olacaq. Belə futbolçuların komandaya qayıtması ümumi kollektivi sevindirir. Burda oynadığı zaman da onun komandaya faydası az deyildi.

Qüsurlar hər zaman var. Futbol çox sürətli dəyişir. Mən hələ də hazırkı çempionatımızla uyğunlaşa bilmirəm. Hər bir məşqçinin oynamaq prinsipi fərqlidir. Məsələn, “Səbail”in belə müdafiə olunması bizə çox çətinlik törətdi. Hər bir məşqçi fərqli şəkildə özünü göstərir və gözləmədiyimiz çıxışlar olur. Bu, bizim üçün heç də asan deyil. Məşqçilər və futbolçular bizi çox yaxından müşahidə edirlər və tanıyırlar. Bu, bizə çətinlik törədir”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button