Dəyəri ən çox artan və azalan futbolçular – SİYAHI

Bu ildən ən çox bahalaşan futbolçular siyahısına “Nyukasl”ın hücumçusu Aleksander İsak başçılıq edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “transfermarkt” portalındakı yeniləmələrin nəticələrinə görə, isveçli futbolçunun dəyəri 25 milyon avro artıb. Hazırda onu 100 milyon avroya almaq olar.

İkinci yeri “Arsenal”ın futbolçusu Ethan Nvaneri (+25 milyon) tutub.

İlk üçlüyü (+24 milyon) “Bornmut”lu Din Heysen qapayıb.

“Mançester Siti”nin özbək müdafiəçisi Abdukodir Xusanov (+23 milyon avro) ilk üçlüyü cəmi 1 milyon avroyla qaçırıb.

İlk beşliyi “Real”dan Raul Asensio tamamlayır (+22,5 milyon).

Ən çox ucuzlaşan futbolçulara gəlincə, dəyəri 15 milyon avro aşağı düşən “Liverpul”un hücumçusu Darvin Nunyes birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button