“Dəstə Ordubad” və “Çarşı Bakı” 1/8 finalda
Bu gün futzal üzrə Azərbaycan kubokunun 2024-2025-ci il mövsümü çərçivəsində İlkin mərhələnin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, əvvəlcə meydana “Ulduz” və “Dəstə Ordubad” komandaları çıxıb.
Start fitindən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Oyunlara gəldikdə, qapıçısı qırmızı almağına rəğmən, “Dəstə Ordubad” qalib ayrılmaqla 1/8 finala vəqisə qazanıb. Digər dueldə isə bu sevinci “Çarşı Bakı” yaşayıb.
Ulduz – Dəstə Ordubad 3:6
Çarşı Bakı – Delta 8:1
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin