Dəniz Yılmazın komandası Super Liqada!
Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qazişəhər Qaziantep”lə qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Gənclərbirliyi” hazırda 70 xalla 18 kollektiv arasında vahid liderdi. Futbolçumuzun komandası bu nəticənin ardından sona bir tur qalmış bir illik fasilədən sonra yenidən Super Liqaya vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin