Dəniz Yılmazın klubundan yeni transfer
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, növbəti mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanan bu klub, “Hatayspor”dan ayrılan Sadio Diallonu heyətinə qapayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qvineyalı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qvineyalı futbolçu 2017-ci ildən Türkiyədə çıxış edir. O, “Hatayspor”dan əvvəl “Yeni Malatyaspor”un uğurları üçün də çalışıb.
Qeyd edək ki, “Gənclərbirliyi”ndə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin