“Dərinizin rənginə görə təhqir olunmaq normal deyil”
“Atletik”in (Bilbao) hücumçusu Niko Uilyams İspaniya La Liqasının 33-cü turunda “Atletiko” ilə matçda (1:3) tribunadan irqçi təhqirlərə məruz qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu təhqirlərə qarşı rəqib komandanın oyunçularının onu dəstəklədiyini söyləyib:
“Dərinizin rənginə görə təhqir olunmaq normal deyil. Bilirəm ki, hər yerdə axmaq insanlar var, amma bu, dəyişməlidir. “Atletiko”nun oyunçuları məni dəstəklədilər. Onlar başa düşürlər ki, matçlarda “meymunlar”ın qışqırmasını eşitmək yolverilməzdir”.
21 yaşlı futbolçu bu görüşdə “Atletik”in yeganə qoluna imza atıb.
Uilyams bu mövsüm bütün yarışlarda 32 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin