Super Liqa klubundan hücumçu transferi

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent olan Seydu Dumbiyanı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 31 yaşlı hücumçunun tezliklə Türkiyəyə gələrək, rəsmi müqavilə imzalayacağı gözlənilir.

“Roma”, ÇSKA, “Sportinq” kimi klublarda çıxış edən Dumbiyanın son komandası İspaniya “Jirona”sı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button