“Dəhşətdir!” – Keçmiş futbolçu
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Arsenal”ın son oyunlardakı çıxışını şərh edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, London təmsilçisinin “Liverpul” və “Vest Hem” ilə matçlardakı oyunundan söz açıb:
“Onlar bütün mövsüm turnir cədvəlinin zirvəsində olublar. Ölkədaxili yarışlarda və avrokuboklarda mübarizəni dayandırıblar. Dəhşətdir!
Həm “Liverpul”la oyunda, həm də “Vest Hem”lə qarşılaşmada 2:0 hesabı ilə öndə olsalar da, bunu sona qədər qoruyub saxlaya bilməyiblər”.
“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 74 xalla birincidir. Onların ən yaxın izləyicisi “Mançester Siti”dir (70 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin