“Dəfələrlə demişəm, bu azarkeşlər skudettoya layiqdirlər” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasında qələbə ilə bağlı duyğularını bölüşüb. Milan klubu son turda evdə “Latsio” ilə heç-heçə edib (1:1).
Komanda.az DAZN-a istinadən xəbər verir ki, İnzaqi “İnter” azarkeşlərinin çempionluğa layiq olduqlarını deyib:
“Həyat yoldaşım və uşaqlarım buradadır, mükafatlandırma mərasimindən sonra meydançaya çıxmaq üçün səbirsizlənirdilər. Mən dəfələrlə demişəm, bu azarkeşlər skudettoya layiqdirlər.
Aprelin 22-dən bayram edirik, milyonlarla “İnter” azarkeşini küçələrdə gördük. Mən bir oyunçu kimi skudettonu qazandım, 24 il keçdi və indi bir məşqçi kimi onu qazanmaq çox gözəldir”.
“İnter” bir neçə tur əvvəl vaxtından əvvəl İtaliya çempionu olub. Mövsümün son turunda İnzaqinin yetirmələri “Verona” ilə, “Latsio” isə “Sassuolo” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin