ÇL: “Çətin rəqiblərə qarşı oynamağa öyrəşmişik” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la oyunu haqda danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bütün oyunçuların hazır olduğunu bildirib:
“Qarşıdakı matçlara təmkinlə yanaşırıq. Çətin rəqiblərə qarşı oynamağa öyrəşmişik. Qarşıdakı dövr ən vacib matçların keçiriləcəyi dövrdür. Əlimizdə olan bütün oyunçular hazırdır və biz onlarla gözəl atmosfer yaratmağa hazırlaşırıq. “Real Sosyedad”ı məğlub etmək ümidi ilə oyuna çıxacağıq.
İmanol yerli mütəxəssisdir, onun komandası uzun illərdir ki, çox yaxşı futbol oynayır. Mən cəmi 6 aydır ki, PSJ-nin “sükanı arxasında”yam, o isə 6 ildir ki, “Real Sosyedad”dadır. Amma ümid edirəm ki, bu, qarşıdurmamızda həlledici amil olmayacaq”.
PSJ – “Real Sosyedad” matçı bu gecə saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin