“Mən təəccüblənirəm ki, onlar qorxmurlar” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 10-cu turunun “Atletiko” ilə oyunu (1:0) haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Atletiko”nun güclü rəqib olduğunu bildirib:
“Çətin qələbə oldu. Qarşımızdakı komandanın çətin rəqib olduğunu, “Atletiko”nun cəsur olduğunu bilirdik. Onların təzyiqindən xəbərimiz var idi. Bu yolla onlar çoxlu duellərdə qalib gəlirlər. Onların oyunçuları əla iş gördülər, amma qalib gəlməyə layiq olan biz idik.
Gənclərimiz arasında güc axtarmaqda problemim yoxdur. Əksinə, 17-18 yaşımda mənə aşıladıqları inamı mən də onlara aşılayıram. Mən təəccüblənirəm ki, onlar qorxmurlar. Onlarda bir qığılcım görürəm. Futbolçularım sanki gözlərimin içinə baxıb deyirlər: “Məni meydana burax, görəcəksən ki, hər şey yaxşı olacaq”.
Matçda yeganə qolu 80-ci dəqiqədə “Barselona”nın əsas komandasında debüt edən 17 yaşlı hücumçu Mark Quio vurub.
“Barselona” 24 xalla La Liqada üçüncü pilləyə yüksəlib. “Atletiko” 17 xalla İspaniya çempionatının turnir cədvəlində altıncıdır.
Bizi Facebook-da izləyin