“Biz hazırıq” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının 9-cu turunda “Milan”a qarşı keçirəcəkləri oyunu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis oyunun çətin olacağını deyib:
“İtaliya çempionu ilə oynayacağıq, həmişəkindən daha çətin olacaq. Çempionlar Liqasında “Çelsi”yə 0:3 hesabı ilə uduzduqları ağır məğlubiyyətdən sonra meydana çıxacaqlar və cavab matçı üçün axtarışda olacaqlar. Bu mövsüm səfərdə heç vaxt qalib gəlməmişik, ümid edirəm ki, bu matç istisna olacaq. Biz hazırıq”.
“Milan” oktyabrın 8-də “Yuventus”la qarşılaşacaq və oyun saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin