1142 nəfəri koronavirus testindən keçirəcəklər
Cənubi Koreyada futbol yarışlarının mayın əvvəlində başlayacağını xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, liqalar başlamazdan əvvəl bütün futbolçular, məşqçilər heyəti, hakimlər və klub işçiləri koronavirus testindən keçəcək. 8 maya qədər ümumilikdə 1142 nəfər test ediləcək. Bütün xərclər yerli federasiya tərəfindən qarşılanacaq.
Hansısa bir komandanın üzvündə virus aşkarlansa, bütün heyət 14 günlük karantinə alınacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin