
Cənubi Amerika yığmaları UEFA Millətlər Liqasında oynayacaq
2024-cü ildən etibarən UEFA Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması da iştirak edəcək.
Komanda.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Zbiqnev Bonek ESPN-ə açıqlama verib.
O bildirib ki, Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Peru A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvador isə B Liqasında mübarizə aparacaq.
Bütün qarşılaşmaların Avropada keçiriləcəyi bildirilir. Lakin bu komandaların müsabiqədənkənar mübarizə aparması ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin