“Cəmi 20-30 dəqiqə yaxşı çıxış etmədik” – Kimmix

“Bayern”in vitse-kapitanı Yozua Kimmix UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə cavab oyunu haqda (1:1) fikir bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisinin üzvü üçdən çox qol vura biləcəklərini düşündüyünü deyib:

“Təəssüf ki, yararlana bilmədiyimiz epizodlara görə matçda liderliyi ələ keçirə bilmədik. Birinci hissə 1:0 önə keçsəydik, görüşün necə keçəcəyini görmək istəyərdim. 3-dən çox qol vura bilərdik.

Qarşıdurmanın 180 dəqiqəsinə nəzər saldıqda görə bilərik ki, cəmi 20-30 dəqiqə yaxşı çıxış etmədik. Həmin oyunda bizi yalnız möcüzənin qurtara biləcəyini düşünmürdüm”.

İki oyunun nəticəsinə əsasən, Münhen təmsilçisi Premyer Liqa klubuna 1:4 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

“Şəhərlilər” turnirin yarımfinal mərhələsinə İspaniya “Real”ı ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button