Cəlal Hüseynov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

Futbol üzrə Bolqarıstan çempionatında 23-cü turun oyunları davam edir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Pirin”i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 

23 turdan sonra 32 xal toplayan “Arda” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button