Cüneyt Çakır DÇ-2022-dən kənarda qaldı – SİYAHI
FİFA DÇ-2022-nin oyunlarına təyinat alacaq hakimlərin adlarını açıqlayıb.
Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb.
Türkiyəli tanınmış FİFA referisi Cüneyt Çakır mundialdan kənarda qalıb.
Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialların final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüb.
Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin