“Bilirəm ki, Antoni “Çelsi”yə qarşı oynadığı kimi oynaya bilər” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Antoninin çıxışını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun yaxşı oyunçu olduğunu deyib:
“Mən bilirəm ki, Antoni “Çelsi”yə qarşı oynadığı kimi oynaya bilər. O, “Ayaks”da bunu dəfələrlə edib. “Mançester Yunayted”də bunu hələ görmürük. Amma o, yaxşı futbolçudur. Cümə axşamı mən görmək istədiyim Antonini gördüm”.
Antoni 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Bu mövsüm 24 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Hazırda “Mançester Yunayted” 48 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin