Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
Böyüklər və gənclər arasında cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib.
Komanda.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda böyüklər arasında 2009-cu il və ondan aşağı, gənclər arasında isə 2005 – 2010-cu təvəllüdlü cüdoçular iştirak ediblər.
Gənclər arasında Nihat Camalov və Rüstəm Məmmədov birinci yerə çıxıblar. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov və Seymur Məcidli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin