
Cüdo üzrə Liqa yarışının 2-ci turunun qalibləri bəlli oldu
İyulun 4-də cüdo üzrə kişilər arasında Liqa yarışının 2-ci turu keçirilib.
Komanda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 39 klub və idman cəmiyyətindən olan 170 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Cari ildə kişilər arasında Liqa yarışının 3 turunun da keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
Kişilər arasında Liqa yarışının 2-ci turunda qeydə alınan nəticələr:
60 kq
- Murad Əliyev (Abşeron Xırdalan)
- Qüdrət Yusif (Azəri-Cüdo İKİB)
- Hüseyn Allahyarov (Judo Club 2012)
- Amin İsmayılov (DİN İC)
66 kq
- Tofiq Məmmədov (Azəri-Cüdo İKİB)
- Rəşad Yelkiyev (Kanokan-TT İK)
- Eltac Yusifli (Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM)
- Nurlan Kərimli (Neftçi İK)
73 kq
- Rüfət Şövlətov (Judo Club 2012)
- Nəriman Mirzəyev (Neftçi İK)
- Xanəhməd Şərifov (Neftçi İK)
- İbrahim Əliyev (Judo Club 2012)
81 kq
- Sadiq Həsənli (Atilla İK)
- Turqut Novruzov (Judo Club 2012)
- Vüsal Qələndərzadə (Atilla İK)
- Asim Qulamzadə (Aydın Gənclər İK)
90 kq
- Məhərrəm İmamverdiyev (Judo Club 2012)
- Məmmədrza Hacızadə (Judo Club 22012)
- Naim Hüseynov (DİN İC)
- Adil Adilzadə (Neftçi İK)
100 kq
- Əjdər Bağırov (DİN İC)
- Nihad Şıxəlizadə (Neftçi İK)
- Natiq Bəşirov (Mərkəzi Ordu İK)
- Hüseyn Eyvazlı (Qəbələ İK)
+100 kq
- Kənan Nəsibov (Kanokan-TT İK)
- Qurban Məmmədli (Judo Club 2012)
- Rauf Yadigarlı (RKİM)
- Hüseyn Məmmədov (Kanokan-TT İK)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



